FHN təbii fəlakətdən zərər çəkən Siyəzən sakinləri üçün çadır qurub
5 May 2023 15:16 SosialFövqəladə Hallar Nazirliyinə Siyəzən rayonunun Sədan kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakinləri N.Qanbayeva və G.Məlikovanın yaşadıqları fərdi evlərin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub. Nazirlikdən "Olaylar"a bildirilib ki, bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən evləri yararsız vəziyyətə düşmüş Sədan kənd sakinləri üçün müvəqqəti yaşayış məqsədilə iki ədəd çadır qurularaq vətəndaşlara təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31