Hansı hallarda hamilə qadın mütləq şəkildə həkimə müraciət etməlidir?

"Hamiləliklə bağlı müəyyən risk qrupları mövcuddur ki, biz bu hamilə qadınlara bir qədər daha diqqətli yanaşmalıyıq. Sosial-bioloji faktorlar, yaş faktoru (yaşı 18-dən aşağı 40-dan yuxarı olan), bədən-çəki indeksi, zərərli vərdişlərdən istifadə (tütün məhsulları, spirtli içki, narkotik maddələr) halları artıq hamilənin risk qrupuna aid olduğunu göstərir. Çoxsaylı (5-dən yuxarı) doğuşu olan, hazırkı hamiləliyi çoxdöllü olan, daha öncə sonsuzluqdan əziyyət çəkən, anamnezində vaxtından əvvəl doğuşu, dölün bətndaxili inkişaf ləngiməsi olmuş, ürək-damar sistemi, hipertenziv vəziyyətlər, böyrək xəstəlikləri, mədə-bağırsaq xəstəlikləri, nevroloji problemlər kimi esktragenital problemləri olan qadınların hamiləliyində müəyyən fəsadlar yarana bilir. Buna görə də, belə qadınlar müntəzəm müayinələrdən keçməlidir ki, problem aşkarlanarsa müdaxilə vaxtında icra oluna bilsin". Olaylar" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun cərrah mama-ginekoloqu Aynurə Əmirova deyib. Bildrib ki, hamiləlik dövründə, xüsusən də II trimestrində baş ağrıları, ürəkbulanma və qusma tez-tez olduğu təqdirdə həkimə müraciət mütləqdir: "Eyni zamanda, əgər uşaqlıq yolundan sulu və qanlı ifrazat gəlirsə, qarın nahiyəsində ağrı varsa, dölün hərəkətlərində zəifləmə və yaxud da tərpəniş ümumiyyətlə hiss olunmursa, sidik ifrazında azalma, yüksək təzyiq və ətraflarda ödem müşahidə olunursa, bu hallarda mütləq şəkildə həkimə müraciət etmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31