Təməli qoyulan Zəngilan Rayon Mərkəzi Xəstəxanası ən müasir tibbi avadanlıqla təchiz olunacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak edib. Prezident İlham Əliyev Zəngilan Rayon Mərkəzi Xəstəxanasının təməlini qoyub. Dövlətimizin başçısına xəstəxana binasının layihəsi barədə məlumat verilib. "Olaylar" Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, Baş plana əsasən, yeni xəstəxananın ümumi ərazisi 4,5 hektardır. 91 çarpayılıq xəstəxananın ərazisində yoluxucu xəstəliklər şöbəsi və bir sıra texniki təyinatlı binalar olacaq. Ən müasir tibbi avadanlıqla təchiz ediləcək xəstəxanada müayinə və müalicə işinin aparılması üçün hər cür şərait yaradılacaq. Beləliklə, doğma yurdlarına qayıdacaq rayon sakinləri bu səhiyyə ocağının istifadəyə verilməsi ilə hərtərəfli tibbi xidmətlə əhatə olunacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31