Şəkidə məktəbdə qorxulu anlar - 51 yaşlı kişi...

Şəkidə orta məktəbdə ölüm hadisəsi baş verib.

Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə ötən gün rayonun Aran kənd tam orta məktəbində qeydə alınıb. Məktəbdə texniki işçi kimi çalışan Aran kənd sakini, 1972-ci il təvəllüdlü Telman Məhərrəm oğlu Əzizovun vəziyyəti qəfil pisləşib və o, keçinib. İlkin araşdırma zamanı T. Əzizovun ürək tutmasından öldüyü məlum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31