Əlilliyi olan şəxslər üçün məşğulluq imkanları genişləndirilir - ÖZƏL

Əlilliyi olan şəxslər üçün məşğulluq və özünüməşğulluq imkanlarının yaradılması aktiv məşğullluq tədbirlərinin əsas istiqamətlərindən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a bildirilib ki, sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün müəssisələrdə kvota üzrə yerlər müəyyən edilir və həmin yerlərdə işlə təmin edilirlər.  Özünüməşğulluq proqramının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan, 22 min şəxsin kiçik biznesə çıxışına dəstək verilməsi məqsədi daşıyan "Məşğulluğa Dəstək Layihəsi"nin, digər məşğulluq tədbirlərinin icrasında həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir. Bu günlərdə isə Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Əlilliyi olan Sahibkarlar Təşkilatı İctimai Birliyi ilə əməkdaşlıqda daha 100-dək şəxs üçün 6 peşə hazırlığı kursu təşkil edilib. Eyni zamanda, BMT İnkişaf Proqramı ilə birgə layihəsi üzrə əlilliyi olan şəxslərin kiçik biznesinin qurulması işləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31