Əlilliyi olan şəxslərə 7500-dən çox minik avtomobili verilib - ÖZƏL

Azərbaycanda sosial ödənişlərin, o cümlədən əlilliyi olan şəxslərə yönələn sosial ödənişlərin mütəmadi olaraq artırılması təmin olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olayalar"a bildirilib ki, xüsusilə son 5 ildə ildə bu  istiqamətdə ciddi irəliləyişlərə nail olunub. Bu dövrdə 4 sosial islahat paketi icra olunaraq minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə artıb.  Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı isə Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə 5 dəfə genişlənib. Postmüharibə dövründə 4660, bu il üzrə 160, ümumilikdə ötən dövrdə 13460 mənzil və fərdi ev verilib.  Dövlət başçısının tapşırığına uyğun olaraq 2023-cü ildə də ən azı 1500 mənzil və fərdi ev veriləcək. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, ötən dövrdə 7500-dən çox minik avtomobili təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31