Kimlər aylıq sosial müavinətlə təmin olunur? - ÖZƏL

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər əlilliyə görə əmək pensiyası və ya aylıq sosial müavinətlə, eləcə də 18 yaşadək əlilliyi müəyyən edilmiş  şəxslər aylıq müavinətlə təmin edilir. Bu barədə Nazirlikdən "Olaylar"a verilən məlumatda bildirilir ki, müharibə ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər həmin pensiya və ya aylıq sosial müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş  şəxslərə, onlara, həmçinin əlilliyi müəyyən edilmiş  uşaqlara qulluq edənlərə  Prezidentin aylıq təqaüdü verilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31