Əlilliyi olan şəxslərin hüquq və azadlıqları dövlət tətərfindən qorunur - ÖZƏL

"Azərbaycan 2006-cı ildə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" BMT-nin Konvensiyasına qoşulub və ölkəmizdə Konvensiyadan irəli gələn öhdəliklər uğurla yerinə yetirilir. 31 may 2018-ci ildə qəbul olunan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanunu əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir". Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyindən "Olaylar"a bildirilib ki, Qanun əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31