Son dövrdə Azərbaycanda 40-dək yeni məhkəmə yaradılıb - ÖZƏL
5 May 2023 11:50 SosialSon dövrdə məhkəmə fəaliyyətini tənzimləyən qanunvericilik aktları kifayət qədər təkmilləşdirilib. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirlib ki, 40-dək yeni məhkəmə, o cümlədən bütün bölgələrdə apellyasiya məhkəmələri və inzibati ədliyyə institutunun yaradılıb. Məhkəmə infrastrukturunun müasirləşdirilərək yüksək texnoloji - hi-tech bina və komplekslərin inşa olunaraq istifadəyə verilib. "Elektron məhkəmə" informasiya sisteminin geniş tətbiqi və hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31