Növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək
5 May 2023 11:38 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyi və "Bravo" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə "Tullantıları ekoçantaya dəyiş" aksiyası 6 may tarixində "20 Yanvar" m/s yaxınlığındakı BRAVO hiрermarketin qarşısında keçiriləcək. Nazirlikdən "Olaaylar"a bildirilib ki, aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər. Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.
Bravo hipermarket - Tbilisi prospekti, "20 Yanvar" m/s yaxınlığı
Saat: 12:00
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31