Arılar üçün yem bazası məqsədilə ağaclar əkilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Samux rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Aqrar Universitetinin rəsmilərinin və BP-nin regional prezidentinin iştirakı ilə BP-nin "Sweet Gold" layihəsi çərçivəsində arılar üçün yem bazası məqsədilə Samux rayonunun Çobanabdallı kəndi ətrafındakı meşə sahəsində müxtəlif cinsli ağaclar əkilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, BP-nin "Sweet Gold" layihəsi çərçivəsində Samux rayonunun Çobanabdallı, Füzuli, Şəmkir rayonunun Dəllər Daşbulaq, Dəllər Cırdaxan kəndlərinin ümumilikdə 315 hektar meşə ərazisində arılar üçün yem bazası məqsədilə ağaclar əkilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31