Suqovuşonda balıq buraxılışı tədbiri keçirilib
5 May 2023 11:18 SosialQarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə Suqovuşanda su anbarına balıq buraxılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Olaylar"a bildirilib ki, tədbirə Gənclər və İdman Nazirlikləri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi, "Azərişıq" ASC, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəsmiləri qatılıblar. Beləliklə, su anbarına 10 000 çəkikimi balıq körpəsi buraxılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31