Uşaq idman məktəblərində monitorinq aparılacaq - ÖZƏL
3 May 2023 15:34 Sosial"7 yaşlı körpəmizin ölümü ilə bağlı məsələdə bir çox məqamlar var. Məktəb zallarının istifadəyə verilməsində tələb olunan qaydalar, qarşı tərəfin yoxlanılması ( psixoloji vəziyyəti, sağlamlıq dərəcəsi və s), uşaqlarla işləyən insanların pedaqoji qabiliyyəti və s. nazirlik tərəfindən ciddi araşdırılmalıdlr". "Olaylar" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günel Səfərova deyib. Bildirib ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şura olaraq Bakı Şəhər Təhsil İdarəsi ilə birıikdə monitorinq aparılacaq: "Konkret bu halla bağlı uşağın ailəsinin də məsuliyyəti araşdırılmalıdır. İstintaq müddətində əminəm ki, məsələni formal deyil mahiyyəti üzrə araşdırmaq mümkün olacaqdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31