Vergi Xidmətinin əməkdaşı mükafatlandırılıb
3 May 2023 15:03 SosialRusiya Federasiyasının Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının filialı olan Şimal-Qərb İdarəetmə İnstitutu və Rusiya Elmlər Akademiyasının Regional İqtisadi Problemlər İnstitutu tərəfindən "Dövlət və biznes. Sosial-iqtisadi inkişafın istiqamətləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Olaylar" xəbər verir ki, tədbirdə Azərbaycanı Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi təmsil edib. Konfransda rəqəmsal iqtisadiyyat, biznes-informatika, sosial-iqtisadi proseslərin riyazi modelləşdirilməsi, iqtisadi təhlükəsizlik, ictimai-xüsusi partnyorluğun nəzəriyyəsi və təcrübəsi, dünya iqtisadiyyatının müasir çağırışları və bu kimi digər aktual mövzular ətrafında müzakirələr aparılıb. Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev konfransın plenar iclasında "Vergi sistemi dövlətin iqtisadi təhlükəsizliyinin zəmanətlərindən biri kimi - Azərbaycan təcrübəsi" mövzusunda məruzə ilə çıxış edib və tədbirin Təşkilat Komitəsi tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb.