Məktəbəqədər təhsil müəssisələri müəllimlərinin də maaşı artırılacaq - ÖZƏL

"Təhsil haqqında" Qanunda müvafiq dəyişikliklərin edilməsu nəzərdə tutulur. Bu barədə "Olaylar" a Milli Məclisin Elm və təhsii komitəsindən verilən məlumata görə, dəyişikliklər əsasən "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin  Fərmanı ilə bağlıdır. Belə ki, artıq Azərbaycanda təhsilverənlər (müəllimlər) sertifikatlaşdırmadan keçirilib  və onların maaşları artırılıb. Layihəyə əsasən, sosial müdafiəsi gücləndirilən müəllimlərin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə  dövlət məktəbəqədər təhsil müəssisələrində də təhsilverənlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulub və işə ilk dəfə qəbul olunan təhsilverənlərin sertifikatlaşdırmadan keçmə hüququnun yaranması müddəti 5 ildən 3 ilə endirilib.Yaşı 60 və daha çox olan təhsilverənlərin sertifikatlaşdırmaya könüllü əsaslarla cəlb edilməsi qaydası da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31