Gürcüstanda rəhbər orqanlarda çalışan azərbaycanlıların sayı günü-gündən azalır - ÖZƏL
3 May 2023 11:01 Sosial"Borçalıda yaşayan xalqımız hər zaman, öz adət- ənələri, ədəb- ərkənləri ilə seçiliblər. Borçalılar hər zaman öz ziyalılarından fəxrlə danışıblar və danışırlar. Borçalı ta qədimdən bu günümüzə qədər igid ögülları ilə fəxr edib. Neçə ki,Qarabağ müharibəsində bunun şahidi olduq. Xalqımız hər zaman dövlətin qanununa uyğun hərəkət edib, ağsaqqalın sözünə hörmətlə yanaşıb". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, bəzən görürük ki, bizləri gözləri götürməyən bəzi ara qarışdıranlar, həm də hökümətin içinə soxulmuş şovinistlər, həm də hökümətin dışında öz istəklərinə üyğun düşünmədən separatçılıq edirlər. Hətta bir az irəli gedərək böyük bir xalqı utanmadan təhqir edirlər. Çox acınaqlı hal ondan ibarətdir ki, belə hallara hakimiyyətin baş bilənləri görməməzlikdən gəlirlər. Belə olan halda insanlarda bu hakimiyyətə qarşı günü -gündən inam itir. İnam itəndən sora isə hökümətə qarşı biganəlik yaranır. Amma vətən Gürcülərlə bərabər, Borçalıların da vətənidir. Vətəni sevməyin tək yolu, vətən daşı olmaqdır.Vətən daşı olanlar bu gün hökümətin orqanlarında iş ala bilmirlər. Keçmiş zamanlarda rəhbər orqanlarda işləyən azərbaycanlıların sayı başqa millətlərdən sayca üç dəfə çox olduğu halda, bu gün bu rəqəm tam dəyişib. Əslən bir Gürcüstanlı kimi hökümətdən və demokratik fikirli qədirbilən gürcü xalqından, parlamentdə bizləri təmsil edən hörmətli millət vəkillərindən xahiş edirəm ki, araşdırıb məsələni gündəmə gətirsinlər. Hörmətli Azərbaycanlı parlament üzvlərimizdən, şəxsən hörmətlə yanaşdığım Bolnisi və Dmanısı rayon deputat üzvlərimizdən xahiş edirəm, gürcü dili bilən, ali məktəbləri gürcü dilində bitirmiş milli kadrlarımıza dəstək olsunlar. Əks halda, erməni əsilli adamların sayı yüksək vəzifələrdə o qədər artacaq ki, höküməti təmsil edəcəklər. Onda bu kimi hallar artacaq və xoşa gəlməz vəziyyət yaşanacaq. Məhz bu məkirli plan bu gün Gürcüstanda həyata keçirilir".