Deputatlar İnsan alveri qurbanlarının sığınacağını ziyarət ediblər - ÖZƏL

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvləri İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün yaradılan xüsusi müəssisəni - sığınacağı ziyarət ediblər. Milli Məclisdən "Olaylar"a bildirilib ki,  Komitənin sədri Zahid Orucun rəhbərliyi altında komitə üzvləri - deputat həmkarlarım Jalə Əhmədova, Elman Nəsirov və Elşad Mirbəşir ilə birlikdə 2006-cı ildə açılmış, tam təmir və təchiz edilmiş 3 mərtəbəli bina ilə tanış olublar. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mubarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi müəllim və müavini Samir müəllim deputatları bina və yaradılan şəraitlə tanış edib. Bildirili ki,  hazırda müəssisədə 5 nəfər zərərçəkən qurban var və onlarla psixoloq məşğul olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31