Kommunal ödənişin 20 faizi geri qaytarılacaq - ÖZƏL

Qarabağda yeni güzəştlər qüvvəyə mindi

Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) üzrə ödədiyi vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödəniləcək. Ödənişlər aylıq olaraq hesablanacaq və sahibkarın hesabına köçürüləcək. Güzəştlər bu ildən başlayaraq növbəti 10 ildə tətbiq olunacaq. "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, yeni güzəştlərə əsasən, əgər sahibkar ay ərzində 1000 manatlıq kommunal ödəniş edərsə onun 200 manatı büdcə vəsaiti hesabına geri qaytarılacaq:

"Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, işğaldan azad olunan ərazilərimizdə fəaliyyət göstərən sahibkarlar üçün geniş güzəşt paketi tətbiq olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31