Nazirlik dərhal fəaliyyətə keçməlidir - Deputat

"Sumqayıt şəhərində məşqçi Mehman Xəlilovun azyaşlı uşağın ölümünə səbəb olan hərəkəti qəbuledilməz haldır". Bunu deyən millət vəkili Kamil Cəfərovun sözlərinə görə, sosial şəbəkələrdə yayımlanan videogörüntülərdən aydın olur ki, Mehman Xəlilov bütün uşaqlara qarşı qəddar rəftarda olub. Onların saçından, qulağından tutaraq qaldırıb: "İdman və Gənclər Nazirliyi dərhal fəaliyyətə keçməli, xüsusi təlim proqramı hazırlanmalıdır.  Regionlardakı idman müəssisələrinə kamera qoyulmalı, belə halla rastlaşanlar polisə məlumar verməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31