Muzeydə “Zəfər tarixi” dərsi keçirilib

Mayın 1-də Yardımlı Tarix- Diyarşünaslıq Muzeyinin təşilatçılığı ilə Yardımlı rayon Tarix Diyarşünaslıq muzeyində Yardımlı rayon  Urakəran kənd tam orta məktəbinin şagird və müəllim kollektivi ilə birgə " Zəfər tarixi " dərsi keçirilib. Muzeydən "Olaylar"a bildirilib ki, məktəbin şagird və müəllim kollektivinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra muzeyin direktor əvəzi İlqar Həsənov , muzeyin əməkdaşı Aqil Əlizadə ,  həmin məktəbin müəllimi  Qabil müəllim Əskərov  mövzu ilə bağlı çıxışlar etdilər.Yekunda şagirdlərə muzeydə ekskursiya aparılıb və xatirə fotoları çəkilib , onları maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31