Səhnələşdirilmiş məhkəmə müsabiqəsinin final mərhələsi keçirilib

Azərbaycan Respublikasının Ali Məhkəməsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyinin  (ELSA Azərbaycan) təşkilatçılığı ilə "Gənc Hüquq Müdafiəçiləri" səhnələşdirilmiş məhkəmə müsabiqəsinin final mərhələsi keçirilib. "Oaylar" xəbər verir ki,  bu barədə məlumat verən millət vəkili Kamal Cəfərovun sözlərinə görə, ELSA Azərbaycan təşkilatının layihələrindən birinin ölkəmizin ali məhkəmə orqanının inzibati binasında hakimiyyətin bütün qollarının nümayəndələrinin iştirakı ilə keçirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin gənclər siyasətinin təzahürlərindən biridir: "Gələcəyin hüquqşunasları bütün bu imkanlardan istifadə edərək bilik və bacarıqlarını daha da artırmalı və gələcəkdə məhkəmə-hüquq sisteminin inkişafına öz töhfələrini verməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31