“Könüllü gömrükçü”lər  Şahtaxtı gömrük postunda olublar

Naxçıvan Baş Gömrük İdarəsinin sturuktur bölmələrinə təhkim olunan "Könüllü gömrükçü" dəstəsinin üzvləri bu dəfə Şahtaxtı gömrük postunda olublar. "Olaylar"  xəbər verir ki, könüllü gömrükçülərimiz gömrük sərhəd buraxılış məntəqələrində mallar və nəqliyyat vasitələri üzərində aparılan gömrük nəzarəti, onun mərhələləri, sərhəd buraxılış məntəqələrində gömrük işinin təşkili barədə onları maraqlanlandıran suallara cavab tapmaq şansı əldə edib. Gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əldə olunan uğurların əhəmiyyəti, bu işdə xüsusi ilə sərhəd buraxılış məntəqələrində xidmət edən gömrük əməkdaşlarının rolu barədə məlumatlandırılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31