Bu gündən ibtidai siniflər üçün 5 günlük tətil başlayır
1 May 2023 10:17 SosialBu gündən ümumi təhsil pilləsinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üçün əlavə yaz tətil günləri başlayır.
Olaylat.az xəbər verir ki, Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarının 2.5.3-cü yarımbəndinə əsasən tətil 1-5 may tarixlərini əhatə edir.
6 may şənbə, 7 may isə bazar gününə təsadüf etdiyindən, məktəbəhazırlıq qrupları və ibtidailər üçün tətildən sonra ilk dərs günü mayın 8-də olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31