Təbiəti çirkləndirən “şərbəndələr” - ÖZƏL
1 May 2023 10:13 Sosial"İki gündür ki, səhər saat 6-da Qorqud parkında gəzərkən oradakı çəmənlikdə bu zibilləri görüb dəhşətə gəlirəm. Bir neçə addımlıqda böyük zibil qabları olsa da, "piknik"çilər özlərindən sonra buraxdıqlarını aparıb ora atmaq istəmirlər". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, hər səhər zibillərini 3 nəfər-bir kişi, iki qadın yığışdırsalar da, növbəti gün eyni mənzərə ilə üzləşirsən: "Və bunu edənlər həm də o kəslərdir ki, yanlarından keçəndə bəzən ingiliscə qırıldatdıqlarını, ağızlarını açanda yüksək materiyadan, Avropa standartlarından dəm vurduqlarını görürsən. Mən elələrinin hərəkətini üzr istəyirəm, heyvanlıq kimi dəyərləndirib ikinciləri təhqir etmək fikrim yoxdur. Çünki heyvan özünü təbiətin bir parçası kimi aparır, onu məhv etmir, aldığının əvəzini qaytarmağa çalışır. Gördüyünüz bu qarğalara insan adlanan ancaq çəmənlik, ya çimərlik olsun, fərqi yoxdur, getdikləri hər yeri zibilləyən "şərbəndələr"dən hörmətim qat-qat çoxdur".
.jpg)