Valideynini itirmiş uşaqlar himayədar ailəyə verilə bilər - ÖZƏL
28 Aprel 2023 12:04 SosialAzərbaycanda himayədar ailə imstitunun yaradılması nəzərdə tutulur. Olaylar xəbər verir ki, bunanla əlaqədar Ailə Məcəlləsində dəyişiklik ediləcək. Artıq Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində sənədin ilkin müzakirəsi aparılıb. Komitədən bildirilib ki, layihə himayədar ailə institutunun tətbiqi, habelə valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisəyə yerləşdirilmə prosesinin təkmilləşdirilməsi, onların müəssisələrə düşməsinin qarşısının alınması, bioloji ailələrinə qaytarılması məsələlərinin hüquqi tənzimlənməsini özündə ehtiva edir.
Qanun layihəsində beynəlxalq işlək normativ hüquqi aktlardan, habelə övladlığagötürmə sahəsində qanunvericilik və institusional baxımdan əldə edilmiş təcrübədən yararlanmaqla himayədar ailə olmaq istəyən şəxslərin və himayədar ailə qayğısında olan uşaqların vahid elektron uçotu, himayədar ailələrin yaranması, himayədar valideyn-namizədlərlə müsahibələrin, təlimlərin keçirilməsi, uyğunlaşdırma mərhələsi, himayədar valideynlərlə müqavilə bağlanması, habelə himayədar valideyn olmaq istəyən şəxslərə dair tələblər, himayədar valideynlərin hüquq və vəzifələri, himayədar ailəyə verildikdən sonra uşağın monitorinqi və s. məsələlər öz əksini tapıb.