Mələkxanım Eyubovanın gəlininin vəziyyəti ağırdır

Xalq artisti Mələkxanım Eyubovanın gəlini Səadət Nəcəfovanın səhhəti pisləşib.

Olaylar.az OLAY-a istinadən yazır ki, bu barədə sənətçinin böyük oğlu Cəfər Nəcəfov məlumat yayıb: "Yoldaşımda böyrək çatışmazlığı yaranıb. Həyati təhlükəsi var. Heç bir təcili yardım qəbul etmir".

Cəfər daha sonra xəstəxana tapdıqlarını deyib: "Mərkəzi Gömrük Hospitalı qəbul etdi. 2+ qan lazımdır".

Qeyd edək ki, cütlüyün iki qızı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31