3 yaşından atasını görməyən Rəqsanə: "Atam hakimdir"

Müğənni Rəqsanə İsmayılova atası ilə bağlı maraqlı açıqlamalar edib.

Olaylar.az Metbuat.az-a istinadən xəbər verir ki, o, "Həmin Zaur" verilişində bildirib ki, 3 yaşından atasını görmür. Müğənni bildirib ki, atası imkanlı şəxsdir:

"Atam pullu adamdır. O, hakim vəzifəsində çalışır, Rusiyada biznesləri var. Onu axtaran zaman dedilər ki, Rəqsanə atasını pula görə axtarır".

Rəqsanə İsmayılova atasının  adını açıqlamayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31