İsa Qəmbər oğlu ilə müştərək məsuliyyət daşıyır - ÖZƏL
27 Aprel 2023 11:51 Sosial"İsa Qəmbər də mənəvi aspektdən oğlu ilə müştərək məsuliyyət daşıyır. Demək, Azərbaycan dövlətinə və millətinə liderlik iddiasında bulunan, bir il hakimiyyəti idarə edən şəxs heç öz övladını milli ruhda, vətənpərvər, ədalətli, vətəninə və dövlətinə bağlı olan fərd kimi yetişdirə bilməyib". "OLAYLAR" xəbər verir ki, bu fikirləri AMİP liderinin köməkçisi, politoloq Əli Orucov səsləndirib. O bildirib ki, dövlət və dövlətçilik ailədən başlayır:
"İsa Qəmbər 1992-1993-cü illərdə də hakimiyyəti belə yarıtmaz və fərsiz idarə etməklə Azərbaycan dövlətinə və xalqına ən böyük zərbəni vurdu. Ümumiyyətlə onun siyasi fəaliyyəti zərərvermək və öz ambisiyaları naminə hər şeyi qurban vermək olub. Baxın, ölkənin müxalifət liderlərinin və nümayəndələrinin övladları Azərbaycan üçün əllərindən gələni əsirgəmədikləri, nümunə olduqları halda nədən İsa Qəmbərin oğlu pis nümunə oldu? Sualın cavabı aydındı "oğullar atalarına oxşayır".