AXC generalının nəvəsi vəfat etdi
27 Aprel 2023 11:00 SosialAzərbaycan Xalq Cümhuriyyətinin generallarından olan İbrahim ağa Vəkilovun nəvəsi, general Qalib bəy Vəkilovun qızı, professor Leyla Vəkilova dünyasını dəyişib.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Vəkilovlar nəslinin nümayəndəsi, vəkil Səməd Vəkilov məlumat verib. O, L.Vəkilovanın dünən dünyasını dəyişdiyini bildirib.
Qeyd edək ki, Vəkilovlar nəsli bir çox generalları, xalq şairi və yazıçıları ilə məşhurdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31