Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən xeyriyyə məqsədi ilə tibbi aksiya keçirildi - FOTO
26 Aprel 2023 18:19 Sosial26 aprel 2023-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayonun aztəminatlı ailələrinin uşaqları üçün Qaradağ Tibb Mərkəzində (Qobustan qəsəbəsi) xeyriyyə məqsədi ilə tibbi aksiya keçirildi.
Aksiyada iştirak edən rayon sakinləri bu nəcib addımı sevinc hissi ilə qarşıladılar. Valideynlər onların övladlarına göstərilən diqqət, qayğı və həssaslığa görə öz minnətdarlıqlarını bildirdilər.
Uşaqlar ilkin olaraq tibbi müayinələrdən keçirilib, daha sonra əməliyyat otağına aparılıblar. Əməliyyat xəstəxananın həkim - cərrahları tərəfindən, tam steril şəraitdə icra edildi.
Aksiyada 50-yə yaxın balaca sakin sünnət olundu.
Uşaqlar tam sağalana qədər həkimlərin nəzarətində olacaqlar.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31