Talış kəndində ilk toy şənliyi də olub - ÖZƏL

"Tərtərin işğaldan azad edilən Talış kəndində artıq ilk toy şənliyi də oldu. Kiçik adlansa da, əslində sözün hər anlamında bu böyük toyun qəhrəmanları Yusif və Tuncayla hələ Novruz bayramında Talışda təzəcə köçdükləri evlərində görüşmüşüdük". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, elə oradaca bəlli oldu ki, sən demə gələcəyin bu əsgərləri sinif yoldaşı Mələk xanımın nəvələridir və tezliklə ümmətin üzvü olmaqlarını toy şənliyi ilə rəsmiləşdirəcəklər: "Təbii ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla mən də toya dəvət edildik və Yusiflə Tuncaya  hədiyyə də vəd etdik. Bizdən asılı olmayan səbəbdən toy şənliyinə gedə bilməsək də, Tərtər  Rayon İcra Hakimiyyətində  balacalar və ata-analarıyla görüşərək vədimizi bu şəkildə yerinə yetirdik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31