Tanınmış videoqrafın Bakıda dəbdəbəli toyu oldu - VİDEO
25 Aprel 2023 12:21 SosialTanınmış rejissor, videoqraf Hüseyn Qəribov ailə qurub.
Olaylar.az olay-a istinadən xəbər verir ki, paytaxtdakı məşhur restoranlardan birində baş tutan toy məclisində bir çox tanınmış sima iştirak edib.
Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov, aktyor Nicat Rəhimov və başqaları qonaqlar sırasında olub.
Gecədə Xalq artistləri Röya Ayxan, Eyyub Yaqubov, Əməkdar artist Xəyyam Nisanov, müğənni Zamiq Hüseynov və reper Elşad Xose səhnə alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31