Könül Aydın jurnalistlərə müraciət etdi - FOTO

Olaylar.az xəbər verir ki,  müraciəti Könül Aydın öz "Facebook" hesabında paylaşıb. 

O, paylaşımında bildirib ki:

"HÖRMƏTLİ JURNALİSTLƏR, KÖMƏK ETMƏYİNİZİ XAHİŞ EDİRƏM!

Zərifə Əliyeva adına liseyin 9-cu sinif şagirdi Nur Əhmədovanın imtahandan kənarlaşdırılması ilə bağlı narahatlığımızı bildiririk və jurnalistlərin DİM-ə müraciət etməsini, bu məsələnin həllinə kömək göstərmələrini xahiş edirik.

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitunun əməkdaşı - hörmətli alimimiz Nəzakət Məmmədli Nuru şəxsən tanıdığını - qızının sinif yoldaşı olduğunu və heç bir intizamsızlığa yol verməyəcək fitrətdə olmasını və öz gücü ilə liseyə qəbul olunduğunu söyləyir. Nur valideynlərini  zəhmətə salmamaq üçün gecəsini-gündüzünə qatıb imtahandan yüksək bal toplamaq arzusunda ikən belə bir haqsızlığa uğrayıb. Buna insan olan kəs laqeyd qalmaz. Dostlar, kimin əlindən nə gəlirsə, köməyinizi əsirgəməməyinizi xahiş edirəm. Elə bilin ki, lap mənim övladım üçün edirsiniz."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31