"Mətbuatımız "quru" xəbərlərdən ibarətdir"- ÖZƏL

"Son vaxtlar mətbuatımızda bir çox publisistik janrın yoxa çıxması müşahidə edilir. Ancaq xəbər, müsahibə kimi janrlardan istifadə edilir. Bu, mətbuatın robotlaşması deməkdir. "Quru xəbər", standart xəbər başlıqları oxucunu yorur. Əvvəllər çox sayda müxtəlif mətbuat janrları var idi. Qəzet və jurnallarda felyeton, pamflet, parodiya, esse və.s janrlardan istifadə edilirdi. Bunlarla bağlı redaksiyalarla iş aparılmalıdır. Medianın İnkişafı  Agentliyinin   müsabiqələrində müsbət haldır ki, oçerk janrı da tələb edilir. Yaxşı olardı ki, qurum   digər janrları da tələb kimi irəli sürsün. Jurnalistlər həvəslənsin. Qrant layihələrində də bu tələblər qoyula bilər. O zaman mətbuat canlanacaq, oxuculara daha maraqlı olacaq. Hətta, saytların belə az oxunduğu dövrdə fərqli janrlar mətbuatı zəngiləşdirəcək.  Medianın İnkişafı Agentliyi bu istiqamətdə jurnalist peşəkarlığının artması üçün çalışır".

Bu sözləri Olaylar.az-a sosioloq- TvPress.Az internet qəzetinin baş redaktoru Elçin Bayramlı deyib

"Karikatura janrından da istifadə edilməlidir. Bu janr yazını daha da effektiv edir. Bütün bunlar jurnalistlərin yaradıcı təxəyyülünü inkişaf etdirir, hər hansı məsələn bədii dillə ortaya qoymaq fürsəti yaradır. İndiki robotlaşan xəbər sistemi ilə mətbuat oxucunu cəlb etmir. Yaxşı olar ki, bu məsələdə redaksiyalar və jurnalistlər maraqlı olsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31