“Müasir İnkişaf” İctimai Birliyi layihənin icrasını sonlandırdı

"Müasir İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Oxuyaq, öyrənək, öyrədək" adlı 3 aylıq layihənin icrasını başa çatdırıb. Layihənin icrası zamanı maarifləndirici buklet və 48 səhifəlik "Oxu mədəniyyət keçmişdən bugünə" adlı kitabça çap edilib paylanıldı. 

Layihənin məqsədi cəmiyyətdə, xüsusən gənclərdə oxu mədəniyyətinə, kitaba, mütaliəyə olan marağı artırmaq idi. Bunun üçün Bakı şəhərində - AMEA-da və ADPU-da, Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində, Tovuz Peşə Liseyində, Şamaxı Mədəniyyət Mərkəzində maarifləndirici tədbirlər keçirildi, faydalı müzakirələr aparıldı. Bunlarla yanaşı Yeni Media internet TV-də alimlərin, bu sahə üzrə mütəxəssislərin iştirakı ilə dörd verliş hazırlanıb yayımlandı. 

Layihənin icrası bir daha cəmiyyətdə oxuya, mütaliəyə, kitaba, kitabxanaya olan diqqəti artırdı, insanların bu məsələyə olan marağını yeniləmiş oldu. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31