“Atılan  addımlar dünya üçün də dərs alınası mühüm məqamları özündə ehtiva edir”

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev hər zaman şəhid və  qazi   ailələrini diqqət mərkəzində saxlayır. Bu sahədə cənab prezidentin atdığı addımlar hər zaman uğurlu olub . "OLAYLAR.az" üçün açıqlamasında politoloq Vüqar Qadirov cənab  prezidentin müharibədə iştirak etmiş veteranlar , qazilər və şəhid ailələrinə diqqət və qayğısı , onların rahatlığı üçün atılan addımların uğurlu  və ölkəmizin dünyaya  örnək olmasından danışıb.

"Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 gün davam edən Vətən müharibəsində düşmənin texnikasını darmadağın etdi . İşğalda olan torpaqlarımızın hər birini qarışına qədər azad etməsi və azad olunmuş torpaqlar uğrunda şəhid və qazilər üçün atılan məqsədyönlü addımlar   təbii ki , təqdirəlayiq bir haldır . Prezident İlham Əliyevin atdığı bu addımlar cəmiyyətimiz tərəfindən olduqca müsbət qarşılanır. Cənab İlham Əliyevin şəhid ailələri üçün yeni tikilən evlərlə tanışlığını davam edən islahatlardan biri kimi qiymətləndirmək olar. Bu onu göstərir ki , Azərbaycan dövləti daim şəhid ailələrini, qaziləri və veteranları  diqqət mərkəzində saxlayır , onların qayğısına qalır . Bunun nəticəsidir ki , Azərbaycan ordusu 44 gün ərzində düşmənin döyüş texnikasını darmadağın etmiş , işğalçılıq siyasətini sonlandırmışdır.  30 il ərzində mütəmadi olaraq cənab president  1-ci Qarabağ döyüşündə şəhid olanların  ailələrinin, veteran və qazilərin problemlərinə çox həssaslıqla yanaşdığına görə Azərbaycan xalqı olaraq hər birimiz işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda dəmir yumruğu düşmənin başına endirə bildik. Bu vətənpərvərliyi biz  bütün dünyaya nümayiş etdirə bildik . Dövlətin bu sahədə apardığı islahatlar Azərbaycan gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına da xüsusi  əhəmiyyət daşıyır  . Müharibədə əlil olmuş döyüşçülərimizin xaricdə və xüsusilə də Türkiyədə müalicə üçün göndərilmələri və onlara dövlət tərəfindən yardım göstərilməsi , birdəfəlik ianələrin və eyni zamanda aylıq məvaciblərin ayrılması , onlara kəsilən təqaüdlərin mütəmadi artımı ona deməyə əsas verir ki , Azərbaycan dövləti daim bu mövzuya həssaslıqla yanaşır və diqqət mərkəzində saxlayır.

Dövlətimizin bu istiqamətdə apardığı prinsipial siyasət, dövlətin şəhid ailələrinə, müharibə veteranlarına diqqət və qayğısı  digər qurumlara da  örnək olmalıdır . Mütəmadi olaraq şəhid ailələri ,müharibə veteranları, qazilərlə əlaqələrin qurulması, onların cəmiyyətə adaptasiyası istiqamətində birgə əl-ələ verib, öz diqqətimizi göstərməyimiz, vətəndaş cəmiyyətinin bu sahədə rolunun artırılması əsas məqsədlərdən biri olmalıdır . Cənab prezident İlham Əliyev belə bir addım atırsa mütləq və mütləq istər digər məmurlar, istər vətəndaş cəmiyyəti, istər əhalinin digər təbəqələri də bu mövzuya diqqətlə yanaşmalıdır".

Tural İsmayılov qeyd edib ki "Azərbaycanda daim şəhid ailələrinə dövlət qayğısı göstərilib . Cənab prezident İlham Əliyev bu mövzuda həyata keçirdiyi bütün addımlarda hər zaman qaziləri , şəhid ailələrini və veteranları yüksək qiymətləndirib . Bu günə qədər bu sahə üzrə xeyli dövlət proqramları həyata keçirilib. Bu sahədə bir çox ölkələrə örnək olunacaq  addımlar atılıb . Bu proses davamlı şəkildə icra olunur. Hər zaman prezident şəhid və qazi ailələri ilə görüşüb , məcburi köçkünlərin evlərini ziyarət edib . Birbaşa olaraq bu addım cənab prezidentin bu sahəyə olan diqqət və qayğısının göstəriciləridir. Qeyd etmək lazımdır ki , Azərbaycanda şəhid ailələrinin və qazilərin rahatlığı üçün bir çox uğurlu addımlar atılmışdır. YAŞAT fondu bunun baris nümunəsidir . Bu fond sayəsində bir çox qazilərimiz həm ölkə daxilində , həm xaricdə reabilitasiya kurslarına cəlb olunub . Müharibə veteranları da daim diqqət mərkəzində saxlanılır , sosial rifahlarının gücləndirilməsi və sosial təminatlarının möhkəmləndirilməsi ilə bağlı hər il uğurlu addımlar atılır. Azərbaycanda sosial siyasət böyük uğurla həyata keçirilir və bu kontekstdə ölkəmizin atdığı addımlar təkcə regional əhəmiyyət daşımır , eyni zamanda dünya üçün də dərs alınası mühüm məqamları özündə ehtiva edir".

Millət  vəkili  Elşad Mirbəşiroğlu  açıqlamasında deyib ki ,  "Azərbaycanda müharibə veteranları ,şəhid ailələri və qazilər hər zaman dövlətin qayğısı ilə əhatə olunub . Nəzərə almaq lazımdır ki, xüsusilə də II Qarabağ müharibəsindən sonra müharibə iştirakçılarının və şəhid ailələrinin sosial-iqtisadi rifahının təmin edilməsi qanunvericiliyi daha da təkmilləşdirilmişdir. Cənab prezident İlham Əliyev həm şəhid ailələrinin , həm qazilərin - ümumiyyətlə müharibə iştirakçılarının sosial-iqtisadi vəziyyətinin , mənzil-məişət şəraitinin yaxşılarşıdırılması məsələsinə özü şəxsən diqqət ayırır . Azərbaycanda şəhid ailələrinə edilən güzəştlər haqqında qanuna Azərbaycan Respublikasının Konstitusiyasında yer verilmişdir. Bu qanunvericiliyin təkmilləşdirilməsi hər zaman diqqət mərkəzində olub. Bunun özü hər şeydən öncə ondan xəbər verir ki , Azərbaycanda şəhid adı hər zaman uca tutulur , şəhid ailələrinə dövlət tərəfindən güzəştlər olunur və hər zaman diqqət mərkəzində saxlanılır. Azərbaycan bu mövzuda digər ölkələr üçün bir örnək kimi qəbul oluna bilər . Qazilərin sağlamlığının geri qaytarılmasında dövlətimiz yaxından iştirak edir. Müharibə iştirakçılarının müalicəsi istiqamətində dövlətin davamlı dəstəyi müşahidə olunmaqdadır. "YAŞAT" Fondunun yaradılması və digər sosial xarakterli xidmətlərin həyata keçirilməsi  hesab edirəm ki, dövlətimizin müharibə iştirakçılarına, qazilərə yaxından diqqətinin bir daha göstəricisidir. Qazilərin müalicəsi Azərbaycanda mümkün olmadıqda xaricdə müalicə almaları təmin olunur və  bu istiqamətdə dövlətin ayrıca fəaliyyət proqramı mövcüddür. Bütün bunlar təbii ki, cənab İlham Əliyevin sözügedən sahəyə nə qədər həssas yanaşdığının göstəricisidir.Diqqət yetirsək görərik ki,  prezident cənab İlham Əliyev və xanımı Mehriban  Əliyeva hər zaman şəhid ailələri ilə yaxından maraqlanırlar.  Şəhid ailə üzvlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ,onların digər sosial-məişət xarakterli problemlərinin tez və səmərəli şəkildə aradan qaldırılması istiqamətində təcili addımlar atılır. Bundan sonrakı mərhələdə də həm müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, həm də praktiki addımlar sahəsində şəhid ailələrinə qazilərin dövlət qayğısı ilə əhatə olunması istiqamətində daha yaxşı nəticələri müşahidə edəcəyik".

Nəsimi  Ələsgərli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31