Zahid Oruc: “ Silahlı münaqişə və köçkünlük, insan alverinin əsas təkanverici amili hesab edilir”

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə üzrə Baş İdarəsi Milli Məclisə illik hesabatını təqdim edib. Hesabatda insan alverini doğuran sosial səbəblər, maarifləndirmə tədbirlərinin zəruriliyi, eləcə də ənənələr və qanunvericilik arasında yaranan suallara aydınlıq gətirilib. Millət vəkili, Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, de yure olaraq "müasir köləlik" kimi  tövsif olunan insan alveri, 1981-ci ildə Mavritaniyanın dünyada məcburi əməyi qanunvericiliklə qadağan edən sonuncu ölkə olduğu ildə tamamilə ləğv edilmiş sayılır. Lakin gerçəklikdə: çoxşaxəli formalarda hər il inanılmaz sürətlə artan dinamikanı görürük: "Beynəlxalq qurumların statistikası göstərir ki, insan alveri -1.qeyri-qanuni silah ticarəti və 2. psixotrop/narkotik maddələrin ticarətindən sonra gəlirlilik baxımından dünyada 3-cü ən böyük  qanunsuz "biznesdir". Sürətlə böyüyən bu gəlirli qlobal  cinayətin illik dövriyyəsi 150 milyard dollar təşkil edir.  BMT dünyada insan alverinin son 13 ildə rekord həddə yüksəlməsini qeydə alıb.  BMT-nin  Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) son hesabatına görə, dünyada müəyyən edilmiş hər 10 qurbana təxminən 5 qadın və 2 qız düşür. Cinsi istismar insan alverinin ən çox müəyyən edilmiş forması olaraq qalır - ümumilikdə müəyyən edilmiş qurbanların 50 faizindən çoxu cinsi istismar məqsədi ilə insan alverinə məruz qalıb. Hətta qlobal pandemiya zamanı insan alveri nəinki azalmayıb,əksinə onun yeni trendi- "online,kiber insan alveri" sürətlə inkişaf edib.Nəticədə yaranan çağırışların özü-insan alverinə qarşı yeni qlobal qlobal səyləri ortaya qoymağı tələb edir. Bu çağırışlara misal: insan alverini həyata keçirən qrupların maddi sıxıntı yaşayan ailələri hədəfə alması, işə götürmək adı ilə saxta  təklifləri və s. əlavə olunub".

Onun bildirdiyinə görə, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə Azərbaycan yalnız haqq-ədaləti bərpa etməyib. Həm də nəinki regionda, bütövlükdə dünyada insan alveri bəlasına qarşı mübarizəyə böyük töhfə verib. Sahəyə dair beynəlxalq Konvensiyalardan məlumdur ki, sitat: " Silahlı münaqişə və köçkünlük, insan alverinin əsas təkanverici amili hesab edir. İnsan alverinin çoxsaylı növləri var: əməyin istismarı, qeyri-qanuni əmək miqrasiyası məqsədi ilə insan alveri, borc əsarəti, cinsi istismar və s. Beynəlxalq hüquqi tərifə görə, insan alverinin 3 məcburi elementi var: törədilən əməl, onu törətmə  üsulu/ vasitələri və məqsədi".   30 il boyunca qanunsuz məskunlaşma, qaçaqmalçılıq və s. transmilli cinayətlərin "boz zonasına" çevirdiyi Qarabağ torpağının azad olunması dünyada insan alverinə qarşı mübarizəyə dövlətimizin töhfəsidir. Beləliklə, dünyada mövcud olan bu arzuolunmaz fonda "Azərbaycanda vəziyyət necədir?"sualına cavab almaq imkanımız var. İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2021-ci il üçün illik məlumat/hesabatı haqda bir neçə məsələyə toxunmaq istərdik. "Giriş, Qanunvericilik, Profilaktika və maarifləndirmə, təlim və treninqlər , Beynəlxalq əməkdaşlıq, Məcburi əməyin qarşısının alınması sahəsində tədbirlər,  Cinayət təqibi və qurbanlarla iş, Qarşıda duran vəzifələr,İnsan alveri ilə mübarizənin nəticələrinə dair statistik göstəricilər" adlı 8 bölmədən ibarət hesabatda bu sahədə vəziyyətlə bağlı ətraflı və sistemli mənzərə təqdim edilib. Hesabatın  keyfiyyət əsaslı təhlili və statistik diaqramlardan ibarət olması hər birimizə bu sahə ilə bağlı aydın təsəvvür əldə etməyə imkan yaradır: "Milli təsisatın yarandığı 2005-ci ildən bəri "İnsan alveri cinayətlərinin dinamikası"nın statistik  blokunda, 2015-ci ildən başlayaraq, cinayətlərin hər il müəyyən qədər artmasını,127-dən, 202-yə qalxmasını  görmək olar. Bu da hazırkı dövrdə qlobal tendensiyanın ölkəmizdən də yan keçmədiyini deməyə əsas verir. Bununla yanaşı, faiz nisbətində ölkəmizdə vəziyyətin sabit və təhlükəsiz olduğu inkaredilməzdir.Məlumatın "Qarşıda duran vəzifələr" bölümü Milli Koordinatorun rəhbərlik etdiyi sahənin çağırışlarını adekvat qiymətləndirdiyini deməyə əsas verir. İnformasiya texnologiyaları, rəqəmsal cəmiyyətin formalaşmsı, kibercinayətlərin artması və sosial şəbəkələrin bütün sahələrə nüfuz etməsindən irəli gələn çağırışlara necə cavab verilməsi ilə bağlı ciddi fəaliyyətin  həyata keçirilməsinə başlandığına dəlalət edir. Məlumatda qeyd edildiyi kimi, ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizə fəaliyyətinə dair illik hesabatlarında Azərbaycan ardıcıl olaraq 3 ildir ki, 2-ci sıra/səviyyə (TİER 2)  ölkələr sırasına aid edilir. Bu 188 ölkə arasında yaxşı göstəricidir. Bununla yanaşı, hesab edirik ki, dəyərləndirmənin hər bir müddəası təfərrüatlı öyrənilməli, onlar Milli qurum onu ya təsdiq, ya da təkzib edə bilər. Bildiyimiz kimi, hesabatda ölkəmizin bu səviyyədə sonuncu dəfə sıralanması, müvafiq irəliləyişlər olmazsa, gələn il aşağı salınması ilə bağlı fikirlər səslənib. Məlumdur ki, praktikaya əsasən aşağı reytinqin sanksiyalar və maliyyənin kəsilməsi ilə nəticələnir".

Komitə sədri qeyd edib ki, hər il hesabatlarda konkret tövsiyələr göstərilir və onların reallaşması indekslərdə irəliləyişi təmin edir: "Son bir neçə ildə hesabatlarda səslənən təklifin biri belə olub ki, "Milli Koordinator insan alverinə qarşı ümummilli səylərə rəhbərlik edir, lakin agentliklər arasında əməkdaşlığın olmaması idarələrarası koordinasiyaya mane olur."-yəni koordinasiya edici qurum təsis edilməsi tövsiyə olunub. Bir neçə gün əvvəl bu tövsiyə reallaşdırılıb. 2022-ci il Aprelin 27-də, Nazirlər Kabineti "İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları"nda dəyişiklik edilməsi barədə qərar imzalayıb .Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru idarələrarası komissiyası yaradılıb.Komissiyanın katibliyi funksiyasını İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi həyata keçirir.Bununla da Milli təsisata yeni səlahiyyət verilib. Əlbəttə, Hökumət bu  tövsiyəni-yəni idarələrarası koordinasiya qurumunu bir neçə gün əvvəl deyil, ABŞ departamentinin hesabatına qədər də yarada bilərdi və bu ölkəmizin hesabatda mövqeyini yüksəltməyə əsas verən hal olardı.Şübhəsiz ölkəmizdə həyata keçirilən islahatlar hansısa reytinq xatirinə deyil. Bununla yanaşı, sonuncu misal bəzi öhədiliklərin tətbiqində çevikliyi tələb edir.Sözü gedən hesabatda olan tövsiyələr, Cənubi Qafqazda bu missiya ilə ilk dəfə yaradılan  bir qurumun həyata keçirdiyi fəaliyyətin geniş təbliği zərurəti hamıya aydın olur.    Doğrudur, heç bir hüquq mühafizə orqanı insan alveri kimi mürəkkəb cinayəti dövlət, hakimiyyət institutları, vətəndaş cəmiyyəti, bir sözlə bütövlükdə xalqımızın dəstəyi olmadan həll edə bilməz.Bir daha xüsusi vurğulayaq ki, hazırda Daxili İşlər Nazirinin uzun illər Milli Koordinator kimi bu sahədəki probeləmlərə dərindən bələd olması, beynəlxalq təşkilatlarla sıx əlaqələri, aparılan siyasətlə yaxından tanışlığı və hökumətin müvafiq qurumları ilə yaxın koordinasiyası müsbət ənənə kimi indi də davam edir. Yuxarıda Vətən müharibəsi və torpaqların işğaldan azad edilməsinin dünyada insan alverinə qarşı mübarizəyə də töhfə olduğunu vurğuladıq. Burada bir mühüm məsələ ilə bağlı məsləhətləşməyə ehtiyac var. Bu  I Qarabağ  müharibəsində bizim itkin düşmüş 4000 vətəndaşımızın taleyi ilə bağlıdır. Məlumdur ki, beynəlxalq Konvensiyalarda "Silahlı münaqişələrdə və ya silahlı qruplar tərəfindən istismar" insan alveri təsnifatı kimi səciyyələndirilir. Yaxud, Avropa Şurasının "İnsan alverinə qarşı mübarizə haqqında" Konvensiyasına da biz işğal dövründə qedy şərtlə qoşulmuşduq. İndi həmin qurumlarla birgə fəaliyyət üçün tam hüquqi və real zəmin var. Onu da qeyd edək ki, sahəyə məxsus qlobal trendlərdən biri,BMT-nin hesabatlarına görə: "Məcburi əmək istismarının artması,nisbətən yaşlı qadın alver qurbanlarının sayının azalması dır".Yəni, qlobal insan alveri-simaca gəncləşir və bu olduqca qorxulu trend hesab edilir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31