Üzərinə düşən vəzifəni yerinə yetirməyən 75 valideyn cəzalandırılıb

"Küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkarlanıb". "Olaylar" xəbər verir ki, bunu daxili işlər nazirinin müavini Seyfulla Əzimov Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məruzəsini təqdim edərkən deyib. Onun sözlərinə görə, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 75 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb: "Müvafiq problemlərin aradan qaldırılması, uşaqlara qayğı ilə bağlı yerli icra hakimiyyətinə müvafiq tədbirlər haqqında tövsiyələr göndərilib. Uşaqların sonrakı taleyi ilə bağlı addımlar atılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31