Vətən müharibəsinin canlı şahidi olan qadınlara psixoloji yardım layihəsi öz işini yekunlaşdırıb
5 May 2022 12:47 SosialAzərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə "Gənc Psixoloqlar" İctimai Birliyi Ağdam rayonunun kənd və qəsəbələrində yaşayan əhali üçün Vətən müharibəsinin canlı şahidi olan qadınlara psixoloji yardım layihəsi başa çatıb.
Olaylar.az xəbər verir ki, layihə çərçivəsində vətən müharibəsi zamanı müharibənin gedişatını öz gözləri ilə görən və şahidi olan 300-dən çox qadına psixi sağlamlıqlarında yaranan çətinliklərlə mübarizə texnikaları haqqında ətraflı məlumat verilib, onlarla qrup və fərdi görüşlər təşkil olunub.
Qeyd edək ki, 3 ay müddətində həyata keçirilən layihə Ağdam rayonunun 25 kənd və qəsəbəsində həyata keçirilib.
![]()
![]()
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31