Azərbaycanda koronovirusa yoluxanların sayı açıqlandı
4 May 2022 21:25 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 818 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 61 nəfərdir.
Ölkədə son sutka ərzində 2 351, hazırkı dövrədək isə 6 823 023 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31