Təhsil nazirindən şagirdlərin intiharlarına MÜNASİBƏT
4 May 2022 14:07 SosialTəhsil naziri Emin Əmrullayev son dövrlər uşaqlar arasında intiharların artması məsələsinə münasibət bildirib.
Olaylar.az-ın xəbərinə görə, nazir qeyd edib ki, şagirdlərin intihar etməsi yalnız məktəb psixoloqlarından asılı deyil:
"Hesab edirəm ki, bu istiqamətdə məktəb və ailə birlikdə işləməlidir. Yeniyetmələrin yaş dövrünü nəzərə alaraq hər birimiz bu məsələyə diqqət ayırmalıyıq. Xüsusi qrup, peşə sahibi adından bu məsələyə diqqət ayrılmasını düzgün hesab etmirəm".
Qeyd edək ki, yaxın günlərdə Bakıda 8 yaşlı uşaq intihar etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31