Azərbaycanda daha bir medal təsis edilir

Azərbaycanda yeni medal təsis edilir. "Olaylar" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin mayın 5-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. Belə ki, iclasda "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31