Bunu da etdilər: Virtual öpüşmək artıq mümkündür
30 Aprel 2022 12:32 SosialElm adamları virtual dünyanı yeniliklərlə zənginləşdirməyə davam edirlər.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Pensilvaniya ştatında bir qrup alim "Metaverse" dünyasında maraqlı yenilik ediblər.
Belə ki, virtual gözlüklərə bir sıra toxunuşlar edərək titrəmə dalğaları yaratmağa nail olublar. Bununla da "Metaverse" artıq görmə və eşitmə ilə deyil, həm də toxunuşla hiss ediləcək.
Dil və ağıza göndərilən titrəmə siqnalları öpüşü simulyasiya edəcək. Beləliklə, artıq virtual öpüş mümkün olacaq.
Virtual gözlüklərdən, həmçinin su içmək və siqaret çəkmək üçün də istifadə ediləcək
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31