Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb

Yeni yaradılan Quba-Xaçmaz, Şərqi Zəngəzur və Lənkəran-Astara Regional Təhsil İdarələrinə rəis təyin olunub.

Ollaylar.az bildirir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi vəzifəsinə Rüfət Hacıyev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin rəisi vəzifəsinə Fuad Bədəlov və  Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəisi vəzifəsinə isə Elxan Nəcəfov təyinat alıb.

Qeyd edək ki, Rüfət Hacıyev bu təyinatadək Quba Rayon Təhsil Şöbəsinin müdiri, Fuad Bədəlov  isə Qubadlı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31