Şuşada beynəlxalq festival keçiriləcək
29 Aprel 2022 20:44 SosialŞuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçiriləcək.
Olaylar.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.
Qeyd edilib ki, festival 5-8 may tarixlərində Şuşada baş tutacaq. Festivalda Azərbaycan və dünya mətbəxindən təqdimatlar keçiriləcək.
Bundan başqa, Azərbaycan regionlarının və müxtəlif ölkələrin aşbazlarının canlı performansları, müxtəlif milli yeməklər, əyləncələr, sərgilər, yerli və xarici aşbazların ustad dərsləri nümayiş olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31