Sərnişinlərin NƏZƏRİNƏ! Bu tarixdən uçuşlar başlayır
29 Aprel 2022 14:43 Sosial"Azərbaycan Hava Yolları" QSC (AZAL) mayın 6-dan Naxçıvandan Gəncəyə və əks istiqamətdə uçuşlara başlayacaq.
Olaylar.az AZAL-a istinadən xəbər verir ki, reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.
Baqaj (23 kq-a qədər) və əl yükü (10 kq-a qədər) daxil olmaqla aviabiletin bir tərəfə qiyməti 60 manat təşkil edəcək.
Bu istiqamət üzrə biletlər yaxın günlərdə aviaşirkətin www.azal.az rəsmi saytında təqdim olunacaq.
Yeni uçuşlarla əlaqədar mayın 6-dan çərşənbə axşamı və cümə günləri Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reyslər təşkil olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31