Hüquqi yardıma ehtiyacı olan vətəndaşlar üçün aksiya keçirilib
29 Aprel 2022 13:23 SosialBu gün Milli Məclisin və Vəkillər Kollegiyasının rəhbərliyinin təşəbbüsü ilə Suraxanı rayon İcra Hakimiyyətində hüquqi yardıma ehtiyacı olan vətəndaşlar üçün aksiya keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən millət vəkili Etibar Əliyev bildirib ki, 9 saylı Vəkil Bürosunun vəkilləri ilə birlikdə sakinləri dinlənilib: "Onları narahat edən problemlərin qeydiyyatını apardıq. Məsələlərin bir qisminin yerində həll olunmasına nail olduq. Digər məsələlərin həlli üçün aidiyyati qurumlar qarşısında məsələ qaldırılacaq".
![]()
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31