Laçında beynəlxalq forum keçiriləcək
29 Aprel 2022 11:32 Sosial"Belə təklif var ki, "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfrans Laçında da keçirilsin".
Bunu ADA Universitetinin rektoru Hafiz Paşayev "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda Prezident İlham Əliyevə deyib.
Prezident İlham Əliyev isə buna razılıq verdiyini bildirib.
Qeyd edək ki, aprelin 28-də Şuşada "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" adlı beynəlxalq forum öz işinə başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31