Sumqayıtdakı yanğınla bağlı xəstəxanaya 9 nəfər daxil olub
29 Aprel 2022 10:33 SosialSumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb.Bu barədə Olaylar.az-a TƏBİB-dən bildirilib.Qeyd olunub ki, 7 nəfər ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. "Hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır. Həyatları üçün heç bir təhlükə yoxdur. Qeyd edək ki, yanğın hadisəsinin ilk baş vermə anından etibarən, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub",- deyə əlavə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31