Kəmaləddin Heydərov yanğın baş verən ərazidədir

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı"nın ərazisində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Olaylar.az xəbər verir ki, FHN-dən bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda yanğın baş verən ərazidədir.

Qeyd edək ki, yanğının söndürülməsinə yanğınsöndürən maşınlarla yanaşı, 2 helikopter də cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31